вторник, 28 апреля 2015 г.

Araşdırmalar

 I  Qrupun     işi:                                                                                                                               
Araşdırma    zamanı   bizə  məlum  oldu  ki,Yunanıs-             
 da  əfsanələr geniş  yayılmışdır.Bu  əfsanələrdən  birinə  görə  Troya  şahzadəsi  Paris    Sparta  padşahının  arvadı  gözəl   Yelenanı  qaçırır. Bundan qəzəblənən padşah yunanları Troyaya qarşı müharibəyə çağırır. On il davam edən məşhurTroya müharibəsi başlanır... Sonralar Troyaya hərbi səfərlər  haqqında çoxlu əfsanələr yarandı. Bu əfsa-nələr əsasında e.ə.vııı  əsrdə  kor   şair  Homer                
“İlliada”  və  “Odisseya”  dastanlarını  yaratdı.B.e.ə.vı əsrdə onlar  yazıya alındı.”İlliada”adı İlion şəhərinin          adından əmələ   gəlmişdir.       
 Başqa  qədim  xalqlar kimi  yunanlar da  inanırdılar  ki,  təbiəti  allahlar  idarə edirlər.Allahlar  Olimp  dağının  zirvəsində,dəbdəbəli saraylarda   yaşayırdı-     
lar.Üç qardaş –Zevs,Poseydon və  Aid dünya  üzərində hakimiyyəti  öz  aralarında bölmüşdülər:            
                     Zevs –göydə   



                                                                     
                                                                                                                                                 

Poseydon-dənizdə 

  Aid –yeraltı ölülər səltənətin
                                         də hökmranlıq edirdi.
Yunanların  təsəvvürlərinə görə günəş allahı  Helios ağ atlar  qoşulmuş qızıl  arabada göyə  səfərə  çıxanda gün  başlanır. Apollon  işıq  və  incəsənət  allahı,Demetra  əkinçilik,Dionis şərabçılıq allahı   idi.         
Hefest dəmirçilərin,Hermes isə ticarətin himayəçisi idi.Hermes  Zevsin tapşırıqlarını yerinə yetirirdi və bir şəhərdən  başqasına uçurdu. 
                    ıı qrupun təqdimatı:                                                
Yunanıstanda  şərabçılıq  allahı Dionisin şərəfinə    
təntənəli bayramlar keçirilirdi.Bu bayramlarda əkinçilər kəndlərin və şəhərlərin küçələrində təntə-          
nəli yürüş təşkil edirdilər.Onlar oxuya-oxuya Dionisin   
əfsanələrini  söyləyir,əfsanələrdən bütöv səhnələr            
oynayırdılar.Əvvəllər tamaşalar açıq  havada , təpə-nin ətəyində göstərilirdi.   Tamaşaçılar    təpənin                  
yamacında yer tutub otururdular.Təpənin  ətəyində          
skena[çadır] qurulurdu.  Çadırda aktyorlar paltarları               
nı dəyişirdilər.Tamaşa vaxtı dekorasiyalardan-səhnə
bəzəyindən istifadə edirdilər.Xorun çıxış etməsi üçün
meydança –orxestra düzəldirdilər.E.ə.v əsrin sonlarında bütün yunan şəhərlərində açıq havada tamaşa göstərmək üçün teatr tikilmişdir.

Teatr- yunan  
dilində tamaşa yeri  deməkdir.Teatrda tragediya,ko-         
mediya oynanılırdı.Tragediya-adətən,qəhramanın         
ölümü  ilə nəticələnən dramatik əsər ,komediya-                        
gülməli  səhnəciklərdən ibarət şən  və  məzəli pyeslər  idi. Komediya”şən  sakinlərin mahnısı”  de-      
məkdir.                                                                                     
                        
                        







                                ııı qrupun   təqdimatı:                                                                             
Hər bir  yunan  şəhərində ictimai  binalar,məbədlər,       
məktəblər,teatrlar  tikilir heykəllər ucaldılırdı.Afinanın    
baş medanı olan Aqorada ticarət  köşkləri,hökümət    
binaları yerləşirdi.Afinanın akropol adlanan hissəsin-       
də Yunanıstan  memarlığının möcüzəsi hesab edilən    
binalar  tikilmişdir.Bunlardan ən möhtəşəmi    Parfe-        
non məbədi  idi.Yunan memarlığında                                      
dorik,ionik sütunlardan,portik-çardaqlardan   geniş            
istifadə olunurdu.                                                                       
     Yunanıstanda heykəltəraşlıq da inkişaf  etmişdi.             
Bunların bariz nümunələri   olan  heykəltəraş Fidinin       
qızıldan və fil sümüyündən   yaratdığı  12 metr    hün        
dürlüyündə ilahə  Afinanın heykəlini və Mironun                     
 “Diskatan”heykəlini göstərmək  olar.                                      
    Qədim Yunanıstanda dünya  şöhrətli alimlər ya-             
şamışlar. Afinalı Demokrit bütün  dünyanın ən xırda              
zərrəciklərdən-atomlardan ibarət olduğunu söyləyir-          
di.Həkim Hippokratın düzgün gidalanma,dərmanlar          
və cərrahiyə əməliyyatları haqqında yazdığı  əsərləri    
tibbin inkişafına böyük  töhfə olmuşdur.                            
    E.ə. v əsrdə tarix  elminin əsası   qoyuldu. Herodotun  “Tarix “ tarix kitabı Yunanıstan,  Misir,        
Ön  Asiya ,eləcə də Azərbaycanın qədim    tarixini     
öyrənmək  üçün çox  qiymətli mənbələrdən biridir.              
Aristotel isə bütün elmi  bilikləri ayrı-ayrı  sahələrə                       
bölmüşdü.                                                                                   
      Müasir dövrümüzdə də dörd  ildən bir keçirilən               
Olimpiya oyunlarının vətəni- Qədim  Yunanıstandır.            
Yarışlarda ,əsasən ,varlılar iştirak edirdilər.Qadınlara    
Olimpiya  oyunlarına getmək qadağan  idi.Bu qayda
nı pozan qadına ölüm  cəzası  verilirdi.                            
     Rəvatətə  görə ,Olimpiya oyunları e.ə.776-cı   ildə     
keçirilmişdir.Yarış qaliblərini zeytun ağacının  budaq-larından hörülmüş çələnglə mükafatlandırırdılar.   Vətənlərində isə onlara heykəl qoyurdular.   


                    
  Araşdırmalardan bizə məlum  oldu ki,Qədim Yunanıstanda şəhər mədəniyyətinin inkişafında elm,incəsənət,memarlıq,ədəbi  əsərlər əsas  rol oynamış və bu sivilizasiyanın örnəkləri  olan yazı,                      
teatr, Olimpiya oyunları digər dövlətlər tərəfindən                  
mənimsənilib.


Комментариев нет:

Отправить комментарий